Yeni Ombudsman kim olacaq? - MÜZAKİRƏLƏR BAŞLADI

Milli Məclis Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlərin müzakirəsinə başlayıb irəli sürülüb.

Metbuat.az-ın məlumatına görə, hazırda müzakirələr parlamentin İnsan hüquqları komitəsinin iclasında aparılır.

İclasda Ombudsman vəzifəsinə namizədliyi irəli sürülən 3 nəfərin məsələsinə baxılır.

Namizədlər Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.

Bunlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

İnsan hüquqları komitəsində müzakirə yekunlaşdıqdan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.

Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır. 82 yaşlı Elmira Süleymanovanın Ombudsmanlıq müddəti 1 il öncə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR