Pley-offun püşkü atılıb:

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, öncə yığmaların pley-offda yolu və rəqibi bilinib.

İsrail C yoluna düşüb. Bu milli Şotlandiya ilə görüşəcək. Digər üç komanda – Macarıstan, Rumıniya və Bolqarıstan A yolunda mübarizə aparacaq. Bu yolda cütlərin tərkibi də dəqiqləşib.

Ardınca hansı cütlərin finalda ev sahibi olacağı müəyyənləşib. Pley-offun yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək.

D yolu
Yarımfinal
1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya - Kosovo
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

C yolu
Yarımfinal
1. Şotlandiya – İsrail
2. Norveç – Serbiya
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi

B yolu
Yarımfinal
1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

A yolu
Yarımmfinal
1. İslandiya – Rumıniya
2. Bolqarıstan – Macarıstan
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi

Qeyd edək ki, oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan digər 19 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya, Portuqaliya, İsveçrə, Danimarka və Uels seçmə oyunlarından birbaşa vəsiqə qazanıb. Final mərhələsinin son 4 iştirakçısı pley-offda bilinəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR