Bakıda ağır qəza - TIR körpüdən aşdı - YENİLƏNİB - VİDEO

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza Xocahəsən qəsəbəsində qeydə alınıb. Yüklə dolu TIR "meyvəli bazar"ın yaxınlığında olan körpüdən aşıb.

Dəmir yolunun üzərinə düşən yük avtomobilinin sürücüsünün öldüyü deyilir. Avtomobilin içində olan yük isə ətrafa dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

***

Bakıda yük maşınının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Onlar Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Trend)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR