Mirkamil illər sonra: "Valideynlərim mənə görə göz yaşı tökdü"

Mirkamil illər sonra: "Valideynlərim mənə görə göz yaşı tökdü"
16:05 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Mirkamil Kamilov uzun fasilədən sonra efirə çıxıb. O, "Şou ATV" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi gündəmdən uzaqlaşması ilə bağlı sualları cavablandırıb. Mirkamil bildirib ki, ağır günlər yaşayıb: 

"Bundan sonra dayanmayacam, tez-tez işlər təqdim edəcəm. Bircə mənə dəyməsinlər. Nəsə deyəndə, işləyə bilmirəm. Ölmək yoxdur.

Çox günahkar insanam. Nə qədər səhvlər etmişəm, bir Allah bilir. Valideynlərim, başqaları mənə görə göz yaşı töküb. Elə hadisələr oldu ki... Hamısından üzr istəyirəm. Beynim yerində deyildi, səhvlər edirdim".

Qeyd edək ki, Mirkamil sosial şəbəkədə qəribə paylaşımları ilə gündəmə gəlmişdi. O, açıqlamalarından birində narkotikə qurşandığını etiraf etmişdi.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/804342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR