Elon Maskın şirkəti yeni elektrikli avtomobilini təqdim etdi - FOTOLAR

"Tesla"nın rəhbəri Elon Mask daha öncə istehsal edəcəklərini bildirdiyi "pick-up" modelini təqdim edib. ABŞ-da keçirilən tanıtım tədbirində nümayş olunan avtomobil zirehli bir maşına bənzəyir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, nümayiş zamanı avtomobili dayanıqlılıq testindən keçiriblər. Səhnəyə çıxan "Tesla"nın baş mühəndisi Frans von Holshausen əlindəki dəyənəklə elektrikli avtomobil "Kibertrak"a vurmağa başlayıb. Zərbələrin ardından avtomobilin üzərində heç bir ziyan qalmayıb. Lakin avtomobilin şüşələri eyni testdən uğurla keçə bilməyib, şüşələr tam olaraq qırılmasa da, parçalanıblar.

Elon Mask avtomobilin serialı şəkildə istehsal müddəti üçün 2021-ci ili göstərib. 40 min dollar başlanğıç qiyməti olacaq avtomobilin 3 müxtəlif modeli mövcud olacaq. "Kibertrak"la gələn bir yeniliyə görə, artıq avtomobilin arxasında daşınacaq cihaz vasitəsi ilə avtomobilə yenidən enerji doldurmaq mümkün olacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR