"Whatsapp" 400 min hesabı bağladı

Sosial media nəhəngi "Facebook"un tərkibində olan "Whatsapp" yalan siyasi xəbərlərlə mübarizə üçün daha bir addım atıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 400 min hesabı bloklayıb. Saxta siyasi xəbərlər səbəbindən hansı namizədlərin fayda gördüyü, hansı namizədlərin isə zərər gördüyü isə açıqlanmayıb.

Qeyd edək ki, keçən həftələrdə "Twitter"dən edilən açıqlamada artıq siyasi reklam qəbul etməyəcəkləri bildirilmişdi. "Google" şirkəti isə siyasi reklamlara qarşı yeni şərtlər gətirmişdi. Xüsusən ABŞ-da 2016-ci il prezident seçkilərindən sonra yalan siyasi xəbərlər əsas mövzulardan birinə çevrilmiş və buna qarşı mübarizə güclənmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR