Yeni ombudsman 1-ci gün

Bu gün Parlamentin İnsan hüquqları komitəsinin iclası keçirilir.

Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi salınıb.

Ombudsman vəzifəsinə 3 xanımın namizədliyi irəli sürülüb. Bunlar Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyevadır.

Qeyd edək ki, bu gün komitənin iclasında məsələ müzakirə olunduqdan sonra Parlamentin noyabrın 25-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək. Həmin gün Azərbaycanın yeni Ombudsmanı seçiləcək.

Xatırladaq ki, namizədlərdən biri olan Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. S. Əliyeva Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsində çalışır.

Hazırkı Ombudsman Elmira Süleymana 17 ildir sözügedən vəzifəni icra edir. Onun 82 yaşı var. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR