Kimyəvi maddə içib özünü öldürmək istədi, 18 nəfəri zəhərlədi - Türkiyədə dəhşət

Kimyəvi maddə içib özünü öldürmək istədi, 18 nəfəri zəhərlədi - Türkiyədə dəhşət
20:42 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyədə kimyəvi maddə ilə intihara cəhd hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Ərzurum şəhərində ailə problemləri olan İbrahim A. kimyəvi maddə içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal təcili yardım çağırıblar. Ancaq maddənin təsirindən onun ailə üzvləri, təcili tibbi yardım işçiləri, binadakı qonşuları da maddənin təsirindən zəhərləniblər. Ümumilikdə 18 nəfər xəstəxanaya yerləşdirilib.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 6 mərtəbəli binanı boşaldaraq ərazini nəzarətə götürüb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR