Azərbaycan Turizm və Menecment Universitetində görüş olub

Azərbaycan Turizm və Menecment Universitetində görüş olub
19:18 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Azərbaycan Turizm və Menecment Universitetində olub.
Mədəniyyət Mərkəzindən AzərTAc-a bildirilib ki, universitetin rektoru Cəfər Cəfərov diplomata rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti, Misir Mədəniyyət Mərkəzi ilə əlaqələri barədə məlumat verib.
Ahmed Sami Elaydi görüşdən məmnunluğunu bildirib, Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı 15 illik fəaliyyətindən danışıb. Daha sonra Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə Qədim Misir sivilizasiyasının tarixindən, mədəniyyətindən bəhs edən sərgilərin, görüşlərin, mühazirələrin təşkil olunmasından, o cümlədən misirli elm adamlarının universitetin fəaliyyəti barədə məlumatlandırılması üçün görüşlər keçirilməsindən və ölkələr arasında turizm sahəsində əməkdaşlıq perspektivlərindən söhbət açılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_gorus_olub-825404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR