Putin Rusiyanın yeni silahı barədə DANIŞDI

Rusiya prezidenti Vladimir Putin test zamanı 7 nəfərin ölümünə səbəb olmuş nüvə yanacağı ilə hərəkət edən raket barədə danışıb.

Metbuat.az-ın xəbərinə görə, o bildirib ki, nüvə yanacağı ilə hərəkət edən raketin ərsəyə gətirilməsi üçün işlər davam etdiriləcək.”Hər şeyə rəğmən bu silahın mükəmməl hala gətirilməsi üçün qəti şəkildə fəaliyyətimizi davam etdirəcəyik” - deyə Kreml rəhbəri test zamanı həyatını itirənlərin ailə üzvləri ilə görüşü zamanı deyib.

Qeyd edək ki, avqust ayında Ağ dənizdəki test meydançasında baş verən partlayış zamanı 5 mühəndis və 2 işçi həyatını itirib. Rusiyanın istehsal etmək niyyətində olduğu raketin xüsusiyyətləri məlum olmasa da, ekspertlər mərminin nüvə yanacağı ilə hərəkət edən və idarə oluna bilən raket olduğunu irəli sürür.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR