Xiaomi Mi Note 10-un inanılmaz əsas platası

Xiaomi Mi Note 10-un inanılmaz əsas platası
23:57 22 Noyabr 2019
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir Çinli kanal sahibi Xiaomi Mi Note 10-u möhkəmlik testi etmək üçün telefonun içini açdı və komponentlərini görəndə təəccübləndi. Təəccüblənməyi isə çox normaldır çünki yeni telefonun anaplatası ikiqat təbəqədən hazırlanmış çox xüsusi bir lövhə kimi görünür. Beləliklə, eyni sahədə iki fərqli işi gerçəkləşdirməyə imkan yaradarır.

Telefon açıldıqda, demək olar ki, bütün sahənin 5260 mAh gücünə sahib batareya üçün ayrıldığını görürük. Bununla birlikdə, arxadaki Penta Kamera quruluşu ilə birlikdə anaplatada yer qalmır kimi görsənsə də, lakin Xiaomi mühəndisləri əla bir iş görüb və telefonu fərqli bir proses ilə istehsal edə biliblər.

Milli.Az techland.az-a istinadən bildirir ki, Xiaomi Mi Note 10-6,47 düymlük Full HD + (2340 × 1080 piksel) AMOLED displey, 19.5: 9 nisbət nisbəti, 400000: 1 (Min) kontrast nisbəti, DCI-P3 Geniş Rəngli Gamut, Corning Gorilla Glass 5 qorunması ilə təchiz edilib. Prosessoru isə səkkiz nüvəli (2,2GHz cüt nüvəli + 1.8GHz altı nüvəli) Snapdragon 730G prosessor, Adreno 618 GPU-la qurulub. Yaddaş formasına görə 2 ayrı kateqoriyada - 6GB LPPDDR4x RAM / 128GB UFS 2.1 yaddaş, 8GB LPPDDR4x RAM / 256GB UFS 2.1 yaddaşla bazara daxil olub.

Aşağıda Mİ Note 10-a aid bəzi texniki strukturları görə bilərsiniz:

2 SIM (nano + nano) kart dəstəyi

Android 9.0 Pie, MIUI 11

5-li arxa kamera - Birincisi: 108 meqapiksellik sensor 1 / 1.33 düym sensor ölçüsü, 25mm fokus uzunluğu, f / 1.69 diyafram, OIS (27MP görüntü çıxışı)

İkincisi: 12 meqapiksel, 1 / 2,6 düymlük sensor, 50 mm fokus uzunluğu, f / 2-diafragma

Üçüncü kamera: 8 meqapiksel, 94 fokus uzunluğu, f / 2 diyafram, 1 / 3,6 düym düym, OIS

Ultra geniş bucaqlı kamera: 20 meqapiksel, 16 mm fokus uzunluğu, f / 2.2 aperture, 1 / 2.8 sensor ölçülü

Makro kamera: 2 ilə 10 sm yaxın fokus üçün nəzərdə tutulmuş f / 2.4 obyektivli 2 meqapiksel

F / 2.0 diyafram bucağına sahib olan 32MP ön kamera

Ekran daxilində barmaq izi skaneri,

İnfraqırmızı sensor 3.5 mm qulaqlıq yuvası,

Hi-Res audio, 1216 1.0 cc dinamik

Ölçülər: 157.8 × 74.2 × 9.67mm; Çəki: 208 qCüt 4G VoLTE, WiFi 802.11 ac (2.4GHz + 5GHz), Bluetooth 5, GPS + GLONASS, NFC, USB Type-C

30W sürətli şarj edilə bilən 5260 mAh batareya

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR