Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb

Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb
01:22 23 Noyabr 2019
150 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən birinin - "Nissan"ın sürücüsü, 27 yaşlı Əlizadə Fatimə Əli qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bineqedide-qadin-surucu-yol-qezasinda-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR