Bu ay Suriyada 75 dinc sakin həlak olub

Bu ay Suriyada 75 dinc sakin həlak olub
03:02 23 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, zərbələr nəticəsində 5 dinc sakin həlak olub. Qeyd edilir ki, Suriyanın şimal-qərbində daha əvvəl atılmış təyyarə bombalarının partlaması nəticəsində daha 3 dinc sakin ölüb.
Rusiya aviasiyası həmçinin Kefrenbil şəhərinə və Sedje qəsəbəsinə də zərbələr endirib.
Məlumata görə, son ayda Suriyanın şimal-qərbinin atəşə tutulması nəticəsində ümumilikdə 75 dinc sakin həlak olub. Onlar arasında 13 uşaq da var.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/son-ayda-suriyada-75-dinc-sakin-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR