Qanuni oğru güllələndi - Yerindəcə öldü

Qanuni oğru güllələndi - Yerindəcə öldü
03:43 23 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Suxuminin mərkəzində “San Remo” restoranında atışma qeydə alınıb.

Bu barədə Abxaziya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baş verən atışma nəticəsində kriminal avtoritet hadisə yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Agentliyin məlumatına görə, üç maskalı naməlum şəxs maşınla Maxadjir sahilinə gələrək restoran yaxınlığında masada oturan şəxslərə atəş açıb. Ofisiant və üç nəfər xəstəxaya çatdırılıb.

Hadisədən bir saat sonra Suxumi dəmiryolu anbarının ərazisində cinayəti törədənlərin avtomobilinin yandığı aşkarlanıb. Qeyd olunur ki, hadisə yerində ölən kriminal avtoritet 38 yaşlı Astamur Şambadır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/296960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR