Bakıda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - VİDEO - FOTO

Bakıda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - VİDEO - FOTO
09:47 23 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi şossesində qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Xanım sürücülərin idarə etdiyi "Nissan" və "Subaru" markalı minik maşınları qarşı-qarşıya hərəkətdə olan zaman qəza baş verib. "Nissan"ın sürücüsü ötmə əməliyyatı etmək istəyib və onun idarə etdiyi avtomobil "Subaru"ya çırpılıb. Zərbənin təsirindən hərəkətdə olan "Volkswagen" və "Chevrolet" markalı minik maşınları da yol qəzasının iştirakçısına çevrilib.

Avtoqəza nəticəsində "Nissan" və "Subaru" markalı avtomobillərin sürücülərinin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi deyilir. Onlardan birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər yaralı - döş qəfəsinin və belin küt travması diaqnozu xəstəxanaya gətirilən 27 yaşlı Əliyeva Fatimə Əli qızının müalicəsi davam etdirilir. Qəza zamanı əraziyə yanacaq dağıldığından və sürücü və sərnişinlər avtomobillərdə sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, zərərçəkmiş şəxslərə köməklik göstərilib.

Qeyd edək ki, hadisənin qeydə alındığı avtomobil yolunda güclü tıxac da yaranıb, hərəkət bir neçə dəqiqəliyə məhdudlaşdırılıb.

Yol qəzasının təfərrüatları Binəqədi polisi tərəfindən araşdırılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/804580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR