Qarın hündürlüyü 22 sm-ə çatıb -

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

Metbuat.az-ın xəbərinə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb. (apa)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR