Almaniyada təxliyə başladı -

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan 500 kiloqramlıq bomba aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, Tsolştok rayonunda aşkar edilən bombanın zərərsizləşdirilməsi üçün yaxınlıqdakı yaşayış yerlərindən təxminən 6,5 min insanın təxliyə edilməsinə qərar verilib.

Bildirilir ki, bombanı noybarın 22-si zərərsizləşdirmək planlaşdırıldı, lakin yaxınlıqda yerləşən dəmiryolunda müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqonun olması səbəbindən işlər noyabrın 23-də həyata keçiriləcək. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR