Köln şəhərinin minlərlə sakini təxliyə edilir - Təhlükəli tapıntı

Köln şəhərinin minlərlə sakini təxliyə edilir - Təhlükəli tapıntı
11:52 23 Noyabr 2019
63 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan 500 kiloqramlıq bomba aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tsolştok rayonunda aşkar edilən bombanın zərərsizləşdirilməsi üçün yaxınlıqdakı yaşayış yerlərindən təxminən 6,5 min insanın təxliyə edilməsinə qərar verilib.

Bildirilir ki, bombanı noybarın 22-si zərərsizləşdirmək planlaşdırıldı, lakin yaxınlıqda yerləşən dəmiryolunda müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqonun olması səbəbindən işlər noyabrın 23-də həyata keçiriləcək.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR