Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi -

Qolodomor hadisələri ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" səhifəsində bildirib.

“1932-1933-cü illərdə Ukraynada Qolodomor zamanı ölən 7 milyon günahsız insanın xatirəsini anmaq üçün Azərbaycandakı səfirliyimizin bayrağı yarıya qədər endirilib və qurbanlar üçün şam yandırılıb. Ukrayna xalqına qarşı törədilən bu soyqırımın tarixi və ruhu hələ də yaşayır”, - deyə səfir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR