Gəncələr arasında yeni SOSİAL LAYİHƏ - "Vətən məndən başlanır”

Gəncələr arasında yeni SOSİAL LAYİHƏ - "Vətən məndən başlanır”
14:43 23 Noyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi universitetlərdə təhsil alan gənclər arasında yeni sosial layihəyə başlayır.

“Vətən məndən başlanır” adlı sosial layihə 2019-2020-ci tədris ili ərzində Bakıda və regionlarda yerləşən bir çox universitetlərdə həyata keçiriləcək. Layihə çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin əsas məqsədi xüsusilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyalarının “Vətən məndən başlanır” devizi altında təbliğ olunması, hər bir fərdə ümumi tərəqqi və dövlətçiliyimizin daimi olması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü və əzmkar olmağı təşviq etməkdir.

Bu layihə çərçivəsində ilk tədbir noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim-professor heyəti ilə birgə keçirilib. Tədbirdə millət vəkilləri, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, qazilər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir universitet tələbələrinin müzakirələrdə çıxışları ilə yekunlaşıb.

Sosial layihə “Azedu.az” saytının informasiya dəstəyi ilə həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/297006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR