Cüdo üzrə Bakı çempionatının qalibləri -

Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq çempionatının bütün qalibləri məlum olub.

Metbuat.az-ın məlumatına görə, iki gün davam edən yarışda paytaxtın 27 klubundan 235 cüdoçu medallar uğrunda mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoqi ustaları gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar.

Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

Paytaxt çempionatının qalibləri:

Kişilər

60 kg Vəlizadə Qasım
66 kg Heydərli Murad
73 kg Şəfiyev Elcan
81 kg Məmmədov Kərim
90 kg Ağakişiyev İbrahim
100 kg Bəşirov Natiq
+100 kg Məmmədov Hüseyin

Qadınlar

48 kg Həmidova Şəfəq
52 kg Qədirova Səbinə
57 kg Hacıyeva Gülcahan
63 kg Bağırzadə Günel
70 kg Baxışova Aidə
78 kg Əmirli Nərmin
+78 kg Kərimova Rəvanə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR