Əfqanıstanda partlayış baş verib, ölənlər və yaralananlar var

Əfqanıstanda partlayış baş verib, ölənlər və yaralananlar var
15:07 23 Noyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda bazarda partlayış törədilib. 
“Report” “ToloNews”ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında ölkənin şərqindəki Kapisə əyalətinin Ala Sai qəzasında qeydə alınıb. 
Əldəqayırma partladıcı qurğunun işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, aralarında iki nəfər təhlükəsizlik qüvvələri əməkdaşı olan 5 nəfər də xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin vəziyyətinin kafi olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-partlayis-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR