Əmək bazarı üzrə işçi qrupunun hesabatı müzakirə edilib

Əmək bazarı üzrə işçi qrupunun hesabatı müzakirə edilib
15:29 23 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclasında işçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının 4-cü rüb üzrə icrasına dair hesabatı müzakirə edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda Fəaliyyət Planının “8.01. Təzminat xərcləri, həftəlik maaşla”, “8.08. Daxili əmək bazarının çevikliyi”, “8.11. İşçi qüvvəsində qadınların iştirak səviyyəsi” bəndləri ilə bağlı İşçi qrupun üzvləri tərəfindən təqdim olunan təkliflər nəzərdən keçirilib. Əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, ixtisas təsnifatının mütəmadi olaraq yenilənməsi, inkluziv məşğulluğun inkişaf etdirilməsi və s. təkliflərin hazırlanması məsələləri müzakirə edilib.

Həmçinin İşçi Qrupun üzvləri məşğulluq xidmətlərinin avtomatlaşdırılması, məşğul əhali haqqında reyestrin və vahid “vakansiya bankı”nın istifadəyə verilməsi ilə bağlı məlumatlandırılıb.

İşçi qrupu tərəfindən yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi üçün təkliflər verilib, gələcək işlər barədə müzakirələr aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3153101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR