Bu ilin dekabrında üç ölkənin rabitə naziri Bakıya gələcək

Bu ilin dekabrında üç ölkənin rabitə naziri Bakıya gələcək
18:02 23 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın əvvəlində Türkiyə, İran və Belarusun nəqliyyat və telekommunikasiya nazirləri Azərbaycana gələcək. 
“Report”un məlumatına görə, onlar Bakıda keçiriləcək “Xəzər İnnovasiyalar Sammiti”ndə iştirak edəcəklər.
Məlumata görə, “Bakutel 2019” çərçivəsində keçiriləcək sammitdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zao qatılacaq.
Xatırladaq ki, bu il “Bakutel 2019” telekommunikasiya sərgisi dekabrın 3-6-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/hansi-olkelerin-rabite-nazirleri-bakiya-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR