İran ABŞ-a xəbərdarlıq etdi: Əsgərlərinizin həyatı...

İran ABŞ-a xəbərdarlıq etdi: Əsgərlərinizin həyatı...
18:27 23 Noyabr 2019
184 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ öz əsgərlərinin həyatına görə məsuliyyətli davranmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın "Hatəmül Ənbiya" Mərkəz Qərargahının komandanı Qulam Əli Rəşid ABŞ-ın 6 ay sonra Bəsrə körfəzinə təyyarədaşıyan gəmi göndərməsi məlumatını şərh edərkən deyib.

"ABŞ regionda yalnış addımlar atmamalıdır. Bu meydandan ABŞ-a və İran düşmənlərinə xəbərdarlıq edirik. ABŞ hökuməti regionda, xüsusilə Bəsrə və Hörmüz körfəzində əsgərlərinin həyatı üçün məsuliyyətli davranmalıdır", - deyə Rəşid bildirib.

Qeyd edək ki, ABŞ 6 aylıq fasilədən sonra Bəsrə körfəzinə təyyarədaşıyan gəmi göndərib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR