Van Damdan qiymətli sözlər: "Təslim olmaq sözünün mənasını heç vaxt anlamadım" - FOTO

Van Damdan qiymətli sözlər: "Təslim olmaq sözünün mənasını heç vaxt anlamadım" - FOTO
22:57 23 Noyabr 2019
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Hollivud unikal yerdir, əvvəlcə hamı sənə qızıldan heykəl düzəltməyə hazır olur. Elə ki, film uğur qazanmır, hamı özünü elə aparır ki, sanki səni tanımırlar".

Milli.Az xəbər verir ki, bu sözləri son günlərdə Qələbənin Vəndam kəndində ona qoyulan heykəllə gündəmə gələn döyüş aktyoru Jan Klod Van Dam deyib. Feysbuk hesabında heykəlin fotosunu paylaşaraq azərbaycanlı heykəltəraşa təşəkkür edən ulduzun çıxışlarından yaddaqalan sitatlarını təqdim edirik.

"Amerikada yaşamağa alışmaq mənim üçün çox çətin idi. Məşhurluğum özümü amerikalı hiss etməkdən daha sürətlə baş verdi".

"Döyüş aktyoru olduğumu söyləyən kino tənqidçilərin səfeh çıxışlarını dinləməkdən bezmişəm. Əlbəttə ki, ayaqlarımı işlətməkdə həqiqətən yaxşıyam, amma çiynimdə bir baş var axı!"

"Unikal bir istedadınız ola bilər, amma Hollivudda deyilsinizsə, şansınız yoxdur".

"İstədiyinizə nail olmağı bacarmalısınız. Gecəni asfaltda yatdım, zibilliyə atılan çörək qırıntıları yedim və cizgi filmlərindən ingilis dilindəki sözləri əzbərlədim, nəticədə super ulduz oldum!"

"Hollivudda depressiyadan, içkidən və narkotikdən keçməyən populyar aktyor yoxdur. Şöhrət də çətin bir imtahandır".

"Filmlərdə çəkilməyə davam edəcəm. Çünki pul lazımdır. Prinsipcə onlar məndə qalmır".

"Sədaqəti qorumaq çox çətindir".

"Dəyişə bilməyəcəyin hadisələri olduğu kimi qəbul etməyi bacarmaq həyatda ən vacib şeydir".

"Həyat... Sadəcə pəncərəni açıb küçədə itləri görməkdir. Sola və sağa baxıb pəncərələri bağlayırsan. Nə qədər vaxt keçdi? Bir saniyə? Yarım saniyə? Bax bu həyatın özüdür".

"Gözü olmayan yeməyi üstün tuturam. Gözlər ruhdur və ruhun içindəki şey bədənə faydalı ola bilməz. Tərəvəz çox yeyirəm, odur ki, çox sürətliyəm. Peçenyelərin heç bir ruhu yoxdur, sadəcə çərəzlərdir. Ancaq onlar süd və yumurtadan hazırlanır və yumurta potensial həyatdır".

"Bir çox bodibilderin problemi odur ki, onlar sadəcə əzələ yaratmaq üçün turnikən sallanır. Ancaq bu cür təlim kiçik motorlu nəhəng bir avtomobil düzəldir".

"Bədənim otuz, üzüm əlli yaşında görünür. Ancaq indi gənc görünmək üçün küçələrdə çılpaq gəzə bilmərəm ki".

"Hər şeyin quruluşu və ardıcıllığı olmalıdır. Apokalipsis baş verdikdə, axmaq qışqıracaq: "Şəhəri tərk et!" Və həssas bir adam deyəcək: "Məktəbin qarşısından keç, sağa, sonra sağa dönün, kilsədən sola gedin və orada şəhərdən çıxışı görəcəksiniz".

""Təslim olmaq" sözünün mənasını heç vaxt anlamadım".

"Məndə qeyri-adi bir şey yoxdur. Adi bir ölkədə sadə bir ailədə anadan olan şəxs sizinlə danışır. Nə aliməm, nə də axmaq - sadəcə itləri, idmanı və yaşamağı sevən adi bir oğlanam".

"Mən həqiqətən bir gey ikonuyam və bu mövzuda edə biləcəyim bir şey yoxdur. Ancaq geylərin zövqü var və məni mən olduğum üçün sevirlər".

"Qırx yaşım olanda anladım ki, pərəstişkarlarımın əksəriyyəti də eyni yaşdadır".

"Qadınları sevirəm, onların yanımda olması və mənə qulluq etməsi xoşuma gəlir. Ləzzətli yemək bişirməyi bacaranları xüsusilə bəyənirəm. Sevgilin şam yeməyi hazırlayanda mətbəxdən gələn qoxuları sevirəm. Təəssüf ki, indi qadınlar daha az bişirirlər..."

"Heyvanların dərisini geyinməyi cəlbedici hesab etmirəm, hesab edirəm ki, heyvanlar da mənimlə razılaşar..."

"Narkotiklər həyatınızda o vaxt peyda olur ki, həyatında artıq hər şey var. Hər yeri gəzib görmüsən və indi daha çoxunu istəyirsən. Ətrafında çoxlu qadınlar var, yeni bir şey sınayır və bu yenisi sizi yeməyə başlayır. Mən zibil oldum, həm fiziki, həm də mənəvi. Ancaq bundan uzaqlaşmaq üçün güc tapdım".

"Necə də yorulmuşam: Havada üç trük göstərib kiminsə başını sındırırsan, sonra masanın üstünə atılır və deyirsən: "Salam, mən Jan-Klod Van Damam".

"10-15 il əvvəl hamımız əzələ yığmalı, özünü formada saxlamalı və minbir əziyyətlə yaxşı ssenarilər axtarmalı idik. Ancaq bu gün döyüş filminin qəhrəmanı olmaq üçün cənab "əzələ" olmaq lazım deyil. Yaxşı ssenariyə də ehtiyacınız yoxdur. Yaşıl ekranla necə işləməyi və bütün bu lənətə gəlmiş hiyləgərliyi bilən bir rejissora ehtiyacınız var".

"Allah məni gözəl bir bədənlə mükafatlandırıb və bu məbədin qayğısına qalmaq mənim vəzifəmdir".

"Kimin nə deməsindən asılı olmayaraq həqiqət olaraq qalır. Səmimi olduğunu gördükdə insanlara etibar etməyi üstün tuturam".

"Karate fəlsəfəsini başa düşmək, ruhunuzu təmizləməyi, bədəninizi və zehninizi idmana həsr etməyi öyrənmək üçün ən az altı ilə yeddi il çəkir".

"Mən dünyanın ən həssas adamlarından biriyəm".

"24 yaşım olanda həyat dolu idim. Məşhur və film ulduzu olmaq istəyirdim. Düşünürdüm ki, bu əladır. Sonra anladım ki, əslində bunu axtarmırdım".

"Amerikaya bir xəyal ilə gəldim və o həyata keçdi. Amerika uğur qazanmaq üçün yaradılıb".

"Sonuncu dəfə çox uzun illər əvvəl dalaşmışam. Mən döyüşçü deyiləm, aşiqəm. Kimsə məni təhqir etsə, yanından sakitcə ötüb keçərəm. Ancaq məni vursalar, mən iki dəfə vuraram".

"Cavablar bəzən suallardan əvvəl ağlınıza gəlir".

"Karyeramın ən yüksək zirvəsi ölümümdən bir gün əvvəl olacaq".

"Yeddi dəfə yıxılmısansa, səkkiz dəfə qalx".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR