Gədəbəydə ahıl kişi balta ilə özünə xəsarət yetirib

Gədəbəydə ahıl kişi balta ilə özünə xəsarət yetirib
23:12 23 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda ahıl kişi ehtiyatsızlıqdan balta ilə özünə xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlismayıl kəndində baş verib.
Kənd sakini, 1938-ci il təvəllüdlü Qiyas Hüseynov odun doğrayan zaman ehtiyatsızlıqdan sol əlinə balta ilə ağır xəsarət yetirib. Xəstəxanaya aparılan yaralı cərrahiyə əməliyyatı edilib və onun əli amputasiya olunub.
Hazırda Q.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gedebeyde-ahil-kisi-balta-ile-ozune-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR