Kürdəmirdə dəhşətli hadisə - 2 nəfər yerindəcə öldü

Kürdəmirdə dəhşətli hadisə - 2 nəfər yerindəcə öldü
09:23 24 Noyabr 2019
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini arxadan "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR