ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb

ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb
09:32 24 Noyabr 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Twitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, B.Huk "Twitter" hesabında yerləşdirdiyi çıxışında deyib: "Bu, həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür. "Facebook", "İnstagram" və "Twitter" kimi şirkətləri Ali rəhbər (Əli) Xamenei, Xarici işlər naziri (Məhəmməd Cavad) Zərif və Prezident (Həsən) Ruhaninin öz xalqı üçün interneti bərpa etməyincə hesablarını bağlamağa çağırırıq".

Daha əvvəl İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İran nazirinə qarşı "İnternet senzurası" üçün sanksiyalarını şərh edərkən, Vaşinqtonun internet azadlığının əhəmiyyəti olmadığını söyləyib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR