Neft ləkələri Rio-de-Janeyroya çatıb

Neft ləkələri Rio-de-Janeyroya çatıb
09:47 24 Noyabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliya Hərbi Dəniz Qüvvələri avqustun sonu - sentyabrın əvvəlində ölkənin şimal-şərqində 6000 ton neft töküldükdən sonra Rio-de-Janeyro əyalətinin sahillərində ilk neft çırkablarını aşkar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hərbi heyət ekoloji vəziyyətin monitorinqini aparır və Braziliya Ətraf Mühit İnstitutu çirklənməni ləğv etmək istiqamtində işlərə nəzarət edir.

Braziliya sahillərində baş verən neft dağılması nəticəsində ölkənin şimal-şərqində və cənub-şərq hissəsindəki 11 ştatda 724 çimərlik çirklənib. Çirklənmiş ərazilər sırasına çimərliklər, çay deltaları və qaya birləşmələri daxildir.

Dağılan neftin mənşəyi hələ də məlum deyil. Hökumət sızmada Yunan gəmisi "Bubulinya"nı günahlandırıb, lakin gəmi sahibi "Delta Tankers" sızıntı ilə bağlı ittihamları rədd edib və istintaqda iştirak etməyə hazır olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR