Çilidə etiraz əsnasında bank qarət etdilər

Çilidə etiraz əsnasında bank qarət etdilər
10:12 24 Noyabr 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı Santyaqonun kənarındakı banklardan birinin filialı qarət edilib. Cinayətkarlar təxminən 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3.8 min avro və iki odlu silah oğurlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, təcavüzkarlar binaya girmək üçün oksigen kəsicilərindən istifadə ediblər. Etirazlar əsnasında bundan əlavə, mağazalara ən az beş hücum və iki ticarət mərkəzlərində iki yanğın törətmə hadisəsi qeydə alınıb.

İğtişaşlara çevrilən etiraz aksiyaları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar 14 oktyabrda Santyaqoda, hökümətin metroda gediş haqlarının qiymətlərini artırmaq qərarına gəldikdə başlayıb. Daha sonra nümayişlər digər şəhərlərə də keçib. İğtişaşlar zamanı 20-dən çox insan şiddətin qurbanı olub, 2,3 mindən çox insan yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR