Gürcüstandan narkotik daşıyan ermənilər tutuldu

Gürcüstandan narkotik daşıyan ermənilər tutuldu
10:17 24 Noyabr 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Rusiya sərhədində içərisində kokain və həşiş olan avtobus saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gömrük xidmətinin məlumatına görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Nəqliyyat vasitəsində 149 qram kokain, 64 qram həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Ermənistanın 3 vətəndaşı saxlanılıb, sərnişinlər isə sorğu-sual edilib.

Faktla bağlı cinayət işi açılıb. Qadağan edilmiş əşyaların daşınmasına görə saxlanılanları 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, avtobus Ermənistana gedirmiş. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR