Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb
10:52 24 Noyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.
Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.





Xəbərin orijinal ünvanı: https://report.az/komanda/qadin-gulescilerimiz-rusiyada-iki-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR