Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?
13:37 24 Noyabr 2019
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa
enəcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/804811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR