Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var

Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var
14:32 24 Noyabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manfova Aidə İsgəndər qızı xəsarət alıb. 
Onalr müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-toya-geden-avtomobil-qezaya-dusdu-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR