Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə olub

Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə olub
15:37 24 Noyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Gələcəkdə zabit olmaq istəyən şagirdlərin hərbi liseydə mövcud olan şəraitlə tanış olması artıq ənənə halını alıb. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.
Məktəblilərin Hərbi Liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 20-dək davam edəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/mektebliler-heyder-eliyev-adina-herbi-liseyde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR