Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib
09:29 25 Noyabr 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3153507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR