NATO təlim zamanı 18 dəniz donuzunu

NATO-nun keçirdiyi son hərbi təlimlər çox sayda dəniz donuzunun ölümünə səbəb olub.

Metbuat.az Almaniyanın "Şpigel" nəşrinə istinadən xəbər verir ki, NATO-nun avqust ayında Baltik dənizində keçirdiyi son irimiqyaslı hərbi təlimlər zamanı 42 dəniz minasının partladıldığı müşahidə olunub.

Məlumata görə, 18 ölkənin iştirakı ilə, 40 gəmi və 3 min əsgərin qatıldığı hərbi təlimlərdən sonra 18-dək dəniz donuzunun ölü cəsədi tapılıb.

Nəşrin yazdığına görə, dəniz minaları 5 metr enində və 1,5 metr dərinlik də partlayış radiusu yaradır ki, bu da 30 metrədək dərinlikdə olan bütün canlıları məhv edir. Güman olunur ki, dəniz donuzları NATO-nun son hərbi təlimləri vaxtı dəniz minalarının partlaması nəticəsində öldüblər.

Qeyd edək ki, dəniz donuzları balinakimilər dəstəsinə aid heyvan fəsiləsi sayılır. Onların ovlanması, eləcə də öldürülməsi qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR