Bakıda yaşayış binasında yanğın olub: 5 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub: 5 nəfər təxliyə edilib
09:47 25 Noyabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR