Amerikalı milyarder rəsmən prezidentliyə namizəd oldu

Blomberq yayımladığı yazılı açıqlamada "Donald Trampı məğlub etmək və ABŞ-ı yenidən inşa etmək üçün yarışacağam" deyə bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Trampın 4 il daha "ehtiyatsız və əxlaqsız davranışlarına" dözə bilməyəcəklərini deyən Blomberq əlavə edib:

"Tramp ölkəmizə və dəyərlərimizə qarşı bir təhdiddir. Əgər bir dəfə də prezident seçilsə, zərəri böyük olacaq".

Qeyd edək ki, 36 milayrd dollar sərvəti ilə dünyanın ən varlılarından olan 77 yaşlı Blomberq 2003-2013-cü illərdə Nyu-Yorka rəhbərlik etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR