İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan AÇIQLAMA

İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan AÇIQLAMA
10:17 25 Noyabr 2019
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iqlim dəyişməsi nəticəsində temperaturun artması ən çox Böyük və Kiçik Qafqazda yerləşən meşə massivlərinə təsir edəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bu massivlərin aşağı sərhədi 550-950 m-ə qalxa, Talışda isə 100-2000 m-ə enə bilər.

İqlimin istiləşməsinin kənd təsərrüfatına olan təsirindən danışan R.Məmmədov qeyd edib ki, nəticədə Alp zonalarından başqa, bütün torpaq tiplərində məhsuldarlığın azalması müşahidə ediləcək: "Torpaqdaxili kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xassəsi pisləşəcək. Bitki örtüyü azalacaq, Kür-Araz ovalığında şoranlaşmış ərazilərin sahəsi 10-15% artacaq. Kür-Araz ovalığında quraqlıq günlərinin sayı 50-60 və daha çox olacaq. Vegetasiya dövrünün artması qış taxılı və üzümçülüyün arealını daha yüksək en dairəsinə qaldırmağa imkan verəcək. Suvarılan torpaqlarda suvarma suyuna ehtiyac çoxalacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR