İsveçrənin Azərbaycandakı səfiri BANM-də olub

İsveçrənin Azərbaycandakı səfiri BANM-də olub
11:32 25 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müriel Peneveyre ilə görüşüb.
BANM-dan "Report"a verilən məlumata görə, rektor Elmar Qasımov son illər ərzində Azərbaycan-İsveçrə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb.
Rektor iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində Bakı Ali Neft Məktəbinin xüsusi rolu olduğunu qeyd edərək, Ali Məktəbdə İsveçrənin ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Ali Məktəbin yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini bildirən E.Qasımov BANM-də Böyük Britaniyanın Heriot-Vatt və ABŞ-ın Corc Vaşinqton universitetlərinin tədris proqramlarından istifadə edildiyini də qeyd edib. O həmçinin, Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramının həyata keçirildiyini deyib.
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Müriel Peneveyre isə rektor Elmar Qasımova səmimi qəbul və qonaqpərvərlik üçün təşəkkür edərək bildirib ki, Azərbaycan-İsveçrə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari sahədə də geniş əməkdaşlıq mövcuddur. Neft-qaz sektoru ilə bərabər iqtisadiyyatın digər sahələrinin inkişafına da xüsusi diqqət yetirilir.
Səfir Azərbaycan universitetləri içində ilk olaraq BANM-i ziyarət etdiyini qeyd edərək tələbələr üçün yaradılan hərtərəfli şəraitdən, eləcə də təhsilin keyfiyyətindən məmnunluğunu ifadə edib.
Görüşün sonunda qonaqlar Ali Məktəbin kampusu, laboratoriyaları və təlim mərkəzlərilə yaxından tanış olublar.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-svecrenin-azerbaycandaki-sefiri-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR