İstirahət günləri Azərbaycanda 7 nəfər bu səbəbdən öldü

İstirahət günləri Azərbaycanda 7 nəfər bu səbəbdən öldü
11:38 25 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi istirahət günlərində ölkədə baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/297137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR