Bakıda bu yol bağlandı - AÇIQLAMA

Bakıda bu yol bağlandı - AÇIQLAMA
13:23 25 Noyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

“Sürüşmə olan ərazidə yaşayış evləri yoxdur. Bu yer ümumilikdə sürüşmə ərazisi kimi qəbul olunur”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsindəki sürüşmə ilə bağlı danışan mətbuat katibi bildirib ki, hazırda intensiv yağışlar nəticəsində sürüşmə daha da aktivləşib: “Daha əvvəl yolun hərəkət hissəsində çatlar əmələ gəlmişdi. Vəziyyət nəzarətə götürülüb və müşahidə edirik ki, yoldakı çatlar daha da genişlənib. Dərhal qərar verildi ki, daha ağır fəsadlara gətirib çıxarmasın deyə yol bağlansın. Səhər saatlarına doğru yolda çökmə baş verdi. Sürüşmə aşağı hissədə olub. Orada istinad divarı var idi. Onlar dağılıb. Ona görə də yolun yuxarı hissəsi də aşağı meyillənib. Hazırda yolun digər hərəkət zolağında da çatlar müşhaidə olunur”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR