Azərbaycana yeni elektrik qatarları gətiriləcək -

Bakı və Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarlarında yaranan sərnişin sıxlığı aradan qaldırılacaq. Bu məqsədlə Azərbaycana yeni elektrik qatarların gətirilməsi nəzərdə tutulub.

Metbuat.az bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən açıqlanan məlumata görə, yeni qatarlar dekabrın əvvəlində ölkəyə gətiriləcək:

"2 mərtəbəli, 4 vaqondan ibarət 2 yeni “Stadler” qatarı dekabrın əvvəlində ölkəyə gətiriləcək. Bu qatarlar istifadəyə verildikdən sonra müəyyən istiqamətdə yaşanan sərnişin sıxlığının aradan qaldırılmasında təsirli olacaq".

“Azərbaycan Dəmir Yolları” QSC həmçinin Bakı kəndlərinə (Maşata, Buzovna, Mərdəkan) yeni relslərin çəkilməsi məsələsinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, bu günlərdə Bakı dairəvi dəmir yolunun Sabunçu- Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı oldu. Hazırda Pirşağı-Fatmayi və Görədil-Novxanı-Sumqayıt istiqamətində tikinti- quraşdırma işləri davam etdirilir.

Qeyd edək ki, Zabratdan bir yol Pirşağı, o biri isə Maştağa istiqamətindədir. Dairəvi yolda işlər tamamilə yekunlaşdırıldıqdan sonra Maştağaya qədər uzanan 9 km-lik yolun da əsaslı yenidənqurulması nəzərdə tutulur. Buzovna və Mərdəkan istiqamətində isə dəmir yolu xətlərinin bərpası hələlik planda yoxdur". (Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR