44 məktəbli qazdan zəhərləndi - Vəziyyətləri orta ağırdır

44 məktəbli qazdan zəhərləndi  - Vəziyyətləri orta ağırdır
15:33 25 Noyabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Nijni Novqorod vilayətindəki məktəblərin birində 45 nəfər qazdan zəhərlənib.

Trend-in məlumatına görə, onlardan 44 nəfəri məktəblidir.

Qeyd olunur ki, hadisəyə səbəb məktəbin yaxınlığında yerləşən qazpaylayıcı stansiyada qaz sızması olub.

Şagirdlərdən bəzilərinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Qeyd olunur ki, 23 nəfər müayinədən sonra evə buraxılıb.

Məktəbdə dərslər dayandırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR