Elçin Quliyev müşavirə zamanı rəisi və DSX-nin 55 hərbi qulluqçusunu işdən çıxarıb

Elçin Quliyev müşavirə zamanı rəisi və DSX-nin 55 hərbi qulluqçusunu işdən çıxarıb
17:27 25 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Xidməti müşavirədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
"Report" xəbər veri ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub
Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib", deyə müşavirdə vurğulanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/dsx-nin-polkovnik-leytenanti-ve-55-herbi-qulluqcusu-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR