"Atam külqabını anamın başına elə çırpdı ki..."

"Atam külqabını anamın başına elə çırpdı ki..."
17:32 25 Noyabr 2019
138 Şou
Ölkə mətbuatı
A- A+

Külqabını atam anamın başına çırömışdı. Onu görəndə 5 yaşım var idi. Atam içki8 düşgünü idi. Ağlımız kəsəndən anamın dayandığı yerdə ürəyi gedirdi. Atama görə xəstəlik tapmışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Bahar Lətifqızı "Ay Zaur" verilişində deyib. Sənətçi anasından, ona etdiyi qarğışdan danışıb. Bahar bildirib ki, 7-ci sinifdə intihara cəhd edib:

"İnternat məktəbində qalırdım. qardaşımı lagerə apardılar. Evimizi, qardaşımı istəyirdim. Özümü pəncərədən atmaq istədim.

Anama bir dəfə dedim ki, yaxşı ana olsaydın, bizi kimsəsiz uşaqlar evinə qoymazdın. Mənə qarğış etdi ki, övlad üzünə həsrət qalasan. 14 il uşağım olmadı. Anama yalvardım ki, mənə dua et. Etdi, 2 ay sonra hamilə qaldım.

İnternatdan çıxmağa az qalmışdı. Nazpəri xanımı hər zaman izləyirdim. Deyirdim ki, gedib onu tapacam. Söyləyəcəm ki, sənin evində qulluqçu işləyim, məni müğənni et".

Bahar bütün gəlirini evə xərclədiyini söyləyib:

"Uşaqlarımın adına ev alıram. bütün gəlirimə evlər alıb, yığmışam".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/805032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR