Lüis Hemilton "Formula 1"dən gedəcəyi vaxtı açıqlayıb

Lüis Hemilton "Formula 1"dən gedəcəyi vaxtı açıqlayıb
17:32 25 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Mercedes" pilotu Lüis Hemilton "Formula 1"dən gediş vaxtını açıqlayıb.
"Report" xəbər verir ki, 6 qat dünya çempionu hazırda özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, hazırlıq səviyyəsi nə vaxtsa pisləşsə, məşq etməyə bilər: "Sözsüz ki, lazımi səviyyəni saxlamağın mümkün olmadığı an yetişəcək. Yüksək səviyyədə davam etdirmək üçün çox şeyi qurban vermək lazımdır. Ailə və dostlardan uzaqda çoxlu vaxt keçirmək lazım gəlir. Nə vaxtsa elə bir an gələcək ki, bu növlə məşğuliyyət istəməyəcəksən".
Qeyd edək ki, Lüis Hemilton "Formula 1"də 2007-ci ildən çıxış edir. 34 yaşlı pilot "Mercedes"ə 2013-cü ildə gəlib. Onunla müqavilə 2020-ci ilin sonunda başa çatacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/luis-hemilton-formula-1-den-gedeceyi-vaxti-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR