Azərbaycanın milli qəhrəmanları haqqında filmi çəkilib

Azərbaycanın milli qəhrəmanları haqqında filmi çəkilib
19:33 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Qazax və Ağstafa rayonlarında doğulmuş Azərbaycanın Milli Qəhrəmanları Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “Ölümə qənşər” bədii-sənədli filmi ekranlaşdırılıb.
Film “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi (İB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.
Bu barədə AzərTAc-a məlumat verən İB-nin sədri Venera Əsgərova bildirib ki, film “Milli-mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşfiqi” layihəsi çərçivəsində hazırlanıb. Bədii-sənədli filmdə qəhrəmanların ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, təəssüratları Qazax, Ağstafa və Quba rayonlarında lentə alınıb. Bədii-sənədli film Azərbaycan torpaqları uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ithaf olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR